Metroda çəkilən görüntülərlə bağlı açıqlama - VİDEO

Metroda çəkilən görüntülərlə bağlı açıqlama - VİDEO

“Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılıb.

"Cebhe.info"  “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə stansiyanın tavanından suyun sızaraq relslərin üzərinə və ətrafına axdığı bəlli olur.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib: “Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb. Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.

Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub”.

Oxu.az-a istinadən sözügedən görüntüləri təqdim edirik:

"Cebhe.info"