Müsahibədə iştirak etməyən müəllimləri nə gözləyir?

Müsahibədə iştirak etməyən müəllimləri nə gözləyir?

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

 şəxsiyyəti təsdiq edən sənəd;
 ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;  xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Nigar
"Cebheinfo.az"