Naxçıvanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Naxçıvanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun “Report”un yerli bürosuna verdiyi məlumata görə, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Naxçıvan şəhərindəki 11, 15 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 57 zalda keçirilir. İmtahanların keçirilməsinə 9 imtahan rəhbəri və 69 nəzarətçi cəlb olunub, 685 abituriyentin iştirakı nəzərdə tutulur.

Cebhe.info