Nazirlik Xocahəsəndəki mənzilləri niyə satışa çıxartmadı?

Nazirlik Xocahəsəndəki mənzilləri niyə satışa çıxartmadı?

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş, amma hazırda təyinatı dəyişdirilmiş mənzilləri satışa çıxarıb.

Mənzillər 2, 3, 4 otaqdan ibarətdir. Satışına 23 yanvar saat 10:00-da başlanılan mənzillər Bakının ümid, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonunda yerləşir. ümumilikdə Bakı, Abşeron və Samuxda 1662 mənzil satışa çıxarılıb. Qeyd edək ki, ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 100-dən artıq müasir qəsəbə salınıb. Bunlardan biri də Binəqədi rayonunun Xocasən qəsəbəsində salınmış yaşayış kompleksidir. Həmin binalardakı mənzillərin də satışa çıxarılması gözlənilirdi.

Lakin Xocəsəndəki mənzillər nazirliyin satışa çıxardığı mənzillərin siyahısında yoxdur. Belə ki, Ramana qəsəbəsi yeni yaşayış kompleksində 18 binadan 147, ümid qəsəbəsi yaşayış kompleksində 3 binadan 89, Kürdəxanı qəsəbəsi yeni yaşayış kompleksində 9 binadan 72, Abşeron rayonu yeni yaşayış kompleksində 54 binadan 1338 və Samux yeni yaşayış kompleksində isə 3 binadan 16 mənzil satışa çıxarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov aprel ayında mənzillərin ünvanları barədə mətbuata açıqlamasında satışa çıxarılacaq binalar içərisində Binəqədi Rayonunun Xocəsən qəsəbəsindəki yaşayış kompleksinin də olduğunu deyib. Lakin hazırda satış siyahısında sözügedən ərazidəki binalarda yerlşən mənzillər yoxdur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Xocəsəndəki mənzillərin satışa çıxarılmamasının səbəbləri barədə Cebhe.info-nun sualına cavab verməyib. O, hazırda 5 yaşayış kompleksində istifadəsiz qalan mənzillərin satışa çıxarıldığını və satışının davam etdiyini deyib.

Günay Şahmar
Cebhe.info