15-19 yaşlılar arasında 2000-dən çox abort - DƏHŞƏTLİ RƏQƏMLƏR

15-19 yaşlılar arasında 2000-dən çox abort - DƏHŞƏTLİ RƏQƏMLƏR

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb ki, onlardan da 14 900-ü mini, 500-ü isə dərman vasitələri ilə aparılan abortlar olub.

Cebhe.info