Ötən il Azərbaycanda 56 mindən artıq şəxsə anemiya diaqnozu qoyulub

Ötən il Azərbaycanda 56 mindən artıq şəxsə anemiya diaqnozu qoyulub

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı isə 46 806 nəfər olub.

"Cebhe.info"