Qəfil ölümlərin səbəbi koronavirus peyvəndidir?

Qəfil ölümlərin səbəbi koronavirus peyvəndidir?

Bildiyiniz kimi, son bir neçə ildə ürək-damar xəstəlikləri kəskin şəkildə artıb.

Xəstəliyin qəfil ürəktutmalarına səbəb olması isə koronavirus peyvəndi ilə əlaqələndirilir.

Belə ki, sosial şəbəkələrdə yayılan iddialarda istifadəçilər peyvənddən sonra kəskin ürək ağrıları, ürək çırpıntılarının çoxalması, tənginəfəslik kimi hallardan şikayət edir və bu halların peyvənddən sonra yarandığını bildirir.

Maraqlıdır, bu iddialar nə qədər doğru ola bilər?

İnfeksionist Mərdan Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, peyvəndlə bağlı həmişə belə iddialar olub, amma bunun elmi əsası yoxdur:

"Belə hallar çoxdur, mən də eşitmişdim. Koronavirus peyvəndi çıxandan bəri bu tip iddialar səsləndirilir. Amma bunun heç bir elmi əsası yoxdur.
Peyvənd dozası azaldılan viruslardır, insan orqanizminə yeridilir, bundan sonra həmin virusa qarşı bərəndə immunitet əmələ gəlir. Düşünürəm ki, bu tip iddialar yalandır. Peyvənd qoruma xarakteri daşıyır. O ki qaldı ürək-damar sistemindəki xəstəliklərə və qəfil ölüm hallarına, bunun səbəbləri hərəkətsizlik, oturaq həyat tərzi, trans yağların istifadəsi, şirniyyatlardan çox istifadədir.

Hansı ki, bu sadaladıqlarım qanda xalestrinin yüksək olmasına gətirib çıxarır. Bu da öz növbəsində ürək-damra sistemini zədələyir. Ona görə də ürək-damar xəstəliklərinin səbəbini peyvəndlərdə axtarmaq doğru deyil".

Bildirək ki, koronavirus peyvəndinin ürək-damar sistemini zədələməsi ilə bağlı elmi araşdırma olmadığı kimi, zədələmədiyi haqda da məlumat yoxdur.

Naibə
Cebhe.info