Rektor prorektoru işdən ÇIXARDI

Rektor prorektoru işdən ÇIXARDI

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev universitetin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanovu vəzifəsindən azad edib.

Cebhe.info universitetin saytına istinadən xəbər verir ki, rektor Yaqub Piriyevin əmri ilə bu vəzifəyə Milli Aviasiya Akademiyasında kafedra müdiri Ağası Məlikovu təyin edib. A.Məlikov ötən gün rektor Y.Piriyevin iştirakı ilə kollektivə təqdim olunub.

Qeyd edək ki, Elçin Süleymanov 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışırdı.

Cebhe.info