Restoranlarda süni ətdən istifadə olunur?

Restoranlarda süni ətdən istifadə olunur?

Süni ətin karbon izi adi ətdən 4-25 dəfə çoxdur.

Amerikalı alimlər öz araşdırmalarında belə nəticəyə gəliblər. Araşdırmanın nəticəsi barədə “New Science” məlumat yayıb.

2020-ci ilin sonunda Sinqapur heyvan hüceyrələrindən süni (və ya laboratoriya) ətin ticarətinə icazə verən ilk ölkə oldu.

Bu, qlobal qida sənayesi üçün əsl sıçrayış idi. O vaxtdan bəri araşdırmalar davam etdi. O cümlədən tütün bitkiləri və GMO arpadan saxta ətin "yetişdirilməsi" üçün istifadə edildi. Bu ət növü bir sıra sağlamlıq və etik problemlərin yaranmasına səbəb olmaqla yanaşı, ətraf mühitlə bağlı sualları da gündəmə gətirir. 

Davis Kaliforniya Universitetinin (ABŞ) apardığı araşdırma bu mövzu haqqında daha çox məlumat əldə etməyə imkan verib. 
Məlum olub ki, bir kiloqram sintetik mal ətinin karbon izi bir kiloqram təbii yetişdirilmiş mal ətindən 4-25 dəfə çoxdur. 

Tədqiqatın nəticələri hazırda sürətlə inkişaf edən süni ət bazarına kölgə salır.

"Yadda saxlamaq lazımdır ki, sözügedən mal əti iribuynuzlu heyvanların kök hüceyrələrindən istifadə edilərək istehsal olunur. Belə ətin mövcudluğunu əsaslandıran əsas arqument heyvanların əziyyət çəkməməsidir. Ancaq bəzən bu üsul daha ekoloji cəhətdən təmiz kimi də təqdim olunur.

Ənənəvi mal əti istehsalı, heyvan istehlakı üçün sudan istifadə edir. O, həmçinin heyvanların yetişdirilməsi (istixana qazı emissiyaları yaradan və elektrik enerjisi istehlakı) üçün torpaqdan istifadə edilməsini tələb edir. Bununla belə, sintetik mal əti hüceyrələrini yetişdirmək üçün lazım olan məhsullar da su tələb edir. Bunlara şəkərlər, böyümə stimulyatorları, duz və amin turşuları daxildir", - deyə araşdırmada bildirilir. 

Belə ki, təkcə qida məhlulunun laboratoriya şəraitində hazırlanması deyil, həm də böyümə faktorlarının təmizlənməsi bu istehsal üsulunun karbon izinin yüksək olması deməkdir.

Alimlər xatırladırlar ki, ilk sintetik mal əti 2013-cü ildə istehsal edilib və ən azı 250 min avroya başa gəlib. İndi bir bazar var və bu bazar böyüyür. Buna görə də xərclər artıq əhəmiyyətli dərəcədə azalıb.

Beləliklə, süni ət istehsalı ilə məşğul olanlarda ümid yaranıb. Ancaq istehsalçılar yeni texnologiyanın karbon izini də zamanla azaldacağını güman edirlər.

Qeyd edək ki, son illər dünyada süni ət istehsalı ilə bağlı məlumatlar yayıldıqca ölkəmizdə də istehlakçılar tərəfindən bu birmənalı qarşılanmır. Bu gün vətəndaşları düşündürən odur ki, süni ətin istifadəsi zamanı orqanizmə hansı təsirləri ola bilər? 

Qidalanma üzrə ekspert Məhsəti Hüseynova Cebhe.info-ya bildirdi ki, süni ət hələ Azərbaycana gəlib çıxmayıb, sadəcə olaraq, laborator təcrübələrdə hazırlayıblar və burada xüsusilə də çuğundur daxil olmaqla zülal mənşəli qidalardan istfadə edirlər: 

“Ümumiyyətlə, süni ət hazırda çox baha başa gəlir. Tərkibi də ətlə eyni deyil. Süni ətin yaranıb, yayılması, geniş şəkildə istifadəyə yararlı olub-olmayacağı hələ sual altındadır. Sadəcə, vegeterianlar üçün bu qida vasitəsi ola bilər. Ancaq geniş yayılması nəzərdə tutulmayıb. Çünki hazırlanması baha baş gəlir. 

Əgər süni ət deyiriksə, bu o demək deyil ki, həqiqətən də ət tərkibli olacaq. Sadəcə görünüş olaraq ətə oxşayacaq. Ancaq tərkibində insan orqanizmi üçün faydalı olan elementlər var. Ona görə də süni ətin istifadəsi müəyyən bir vaxtda hansısa qida olaraq olsa da davamlı, gündəlik istifadə olunan qida deyil. Azərbaycanda da yaxın gələcəkdə nəzərdə tutulmayıb.

Ətə bənzər, yaxud keyfiyyətsiz ətlərdən, dadlandırıcı kimi istifadə edirlər. Xarab olmasını önləmək üçün restoranlarla hər hansı bir qidaları ət kimi təqdim edirlərsə, bu “hamburger”, “fast food”larda olur ki, bunlar orqanizmin sağlamlığı üçün zərərli qida hesab olunur.

Onlar da süni ət deyil. Sadəcə, ətə bənzər bir maddə hazılayıb verirlər. Əgər süni ət keyfiyyətli, qaydalara uyğun şəkildə Kaliforniya, yaxud Amerikanın digər tədqiqat institutlarında hazırlanan kimi olsa, bu zaman faydalı ola bilər”.

Nigar Abdullayeva
Cebhe.info