Sabunçu rayonunda velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

Sabunçu rayonunda velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə təşkil etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun tədbiri Sabunçu rayonu Nardaran qəsəbəsi, 130 № li tam orta məktəbdə keçirilib.

QHT.az xəbər verir ki, layihənin Fəaliyyət Planına uyğun olaraq avqust ayında təqdimat keçirilmiş sentyabr ayında yeniyetmələrlə 2 tədbir-veloidmanın tarixi, Anket sorğusu, fərdi qoruyucu təhlükəsizlik dəstindən istifadə qaydalarını öyrənirik - praktik məşğələ təşkil olunub.

Bu gün 130 № li tam orta məktəbin fiziki tərbiyə müəllimləri Orucov Bağır, Zülfüqarova Aytəkinin, UBTR T.Novruzovanın təşkilatçılığı və 15 nəfər velosipedçi və 2 nəfər könüllü olaraq tədbirdə iştirak etməyi arzu edən yeniyetmələr, velosipedlərlə idman zalında toplaşıblar. Burada stullar və yazı masaları qoyulub, yeniyetmələrin velosipedləri bir cərgədə sıralanıb. ”Oriqami” təşkilatı layihə çərçivəsində hazırlanmış Rol-upı nümayiş etdirib.

Yeniyetmələrin qarşısındakı masaların üstündə rəngli, təsvirli çap məhsulları, yeniyetmə velosipedçilər üçün alınmış fərdi qoruyucu müdafiə dəstləri, loqolu, rəngli, təsvirli qısaqol köynək, dəftərxana qovlüğü dəsti, loqolu, təsvirli hədiyyə çantaları düzülmüşdü. Tədbiri giriş sözü ilə layihə rəhbəri Namiq Nəcəfov açaraq veniyetmə velosipedçilərı salamladı və tədris ilinin başlanması münasibəti ilə onlara təhsildə uğurlar arzulayıb. O, yeniyetmələrə layihə çərçıvəsində təqdimatdan başlamış bu günə kimi təşkil olunan tədbirlər barədə izahlar verib, layihənin məqsədinin yeniyetmə velosipedçilərin təhlükəsizliyi olduğunu önə çəkib.

Tədbir çərçivəsində yeniyetmə M.Cəlilova nümunəvi geyim dəsti geyindirildi və hər bir iştirakçıya qarşılarındakı dəstlərin hədiyyə olaraq onların fərdi istifadəsinə veriləcəyini bildirib. Tədbirdə iştirak edən F/tərbiyə müəllimləri iştirakçı Sertifikatlarını uşaqlara təqdim etdilər. ”Oriqami” təşkilatının sədri Nəcəfov məktəbin nümayəndəsi UBTR T.Novruzovaya, layihənin icrası ilə əlaqədar olaraq, Təşəkkürnamə təqdim edib. Yeniyetmələrə hədiyyə dəstlərinin təhvil verilməsi ilə tədbir yekunlaşıb.

Cebhe.info