Sabunçuda qaz olmayacaq

Sabunçuda qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında yaranacaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayıb.

“Maştağa” qaz paylayıcı stansiyasında (QPS) “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar iyunun 20-də saat 10:00-dan “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Cebhe.info"