Sakinlər şikayətçidir: Xırdalanda əsas yolu su basıb - VİDEO
Xırdalan şəhərinin əsas yollarından biri olan Həsən Əliyev kücəsində yolu yenidən su basıb.
Sakinlərin sözlərinə görə, yol bərbad olduğundan, taksilər də o ərazilərə gəlmir. Yolun təmirə ehtiyacı olduğundan avtomobillərə ciddi ziyan dəyir.
Dəfələrlə rəsmi qurumlara müraciət olunsa da, məsələ müsbət həllini tapmır. Nəzərə alsaq ki, qarşıda qış fəsli gəlir, o yolda hərəkət etmək daha da çətinləşəcək.
Qeyd edək ki, sözügedən küçə Ceyranbatan Su Anbarına yaxın olduğundan, sakinlər gölməçə sularının içməli şirin suya qarışacağı ehtimalını iddia edirlər.
Həsən Məmmədov
“Cebheinfo.az”