Statistika Şurasının tərkibi dəyişib

Statistika Şurasının tərkibi dəyişib

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib.

"Cebheinfo.az"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıb:

- Rəhimli Elşən Moqif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

- Əhmədov Əzizağa Nəriman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

- Tağıyev Çingiz Həsən oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

- Yaqubov Sakit Məmədi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru.

Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub:

- Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini

- Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini

- Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri

- Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri.

"Cebheinfo.az"