Tələbələrə süni intellekt mədəniyyətindən danışıldı

Tələbələrə süni intellekt mədəniyyətindən danışıldı

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.

Növbəti tədbir 8 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə universitetin rəhbərliyi adından sosial-mədəni fəaliyyət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Əskərova açıb. O, qısa giriş sözü ilə mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb, tədbirin məruzəçilərini təqdim edib.

Tədbir iştirakçıları torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla anıblar.

Söz ilk məruzəçi professor Rəna Mirzəzadəyə verilib. O “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusunda çıxış edib. Daha sonra ikinci məruzəçi fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Süni intellekt” mövzusunu davam etdirib. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Sevinc Əskərova rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün universitetin rəhbərliyinə təşəkkür edib.

"Cebheinfo.az"