Tiflis prospektində yolda dəyişiklik ola bilər? - FOTOLAR

Tiflis prospektində yolda dəyişiklik ola bilər? - FOTOLAR

Bir qrup insan sosial şəbəkə vasitsilə Bakının Yasamal rayonunun Tiflis prospektinin Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində bəzi dəyişikliklərin edilməsini təklif ediblər.

Təklif olunur ki, tıxacın qarşısını almaq üçün Əbdülvahab Salamzadə küçəsinədən Dərnəgülə istiqamətinə gedən 1.1 bütöv nişanlanma xətti, 5.8 zolaqlı hərəkət nişanı ilə əvəz olunsun. 

Məsələ ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Cebhe.info-ya bildirib ki, praktiki olaraq bunu etmək mümkündür:

“Düşünürəm ki, bunu etmək mümkündür. Yerində bu məsələyə baxılsa daha yaxşı olar. Bu isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətindədir. İlk öncə əraziyə texniki baxış keçirməlidir. Bundan sonra müvafiq təklif  üzrə qərar qəbul oluna bilər”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsələ araşdırılacaq 2 həftə ərzində sorğuya cavab veriləcək.

Həsən Məmmədov
Cebhe.info