Tıxacdan yaxa qurtarmağın tək yolu - FOTOLAR

Tıxacdan yaxa qurtarmağın tək yolu - FOTOLAR

Xarici ölkələrin böyük şəhərlərində tıxac və insan sığlığı yaşandığı bir zamanda hərəkət iştirakçıları mənzilbaşına tez çatmaq üçün motosiklet, skuter və velosiped kimi nəqliyyat vasitələrindən aktiv iştirak edirlər.

Bu səbəbdən bir çox böyük şəhərlərdə velosiped yolları şəhərin həm bəzəyinə çevrilib, həm də insanların rahat hərəkətini təmin edir.

Son vaxtlar Bakı küçələrində də velosiped yollarının salındığını görürük. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən görülən bu işlər sayəsində paytaxt tıxacında qurtarmaq asan işə çevrilib. Bu addım cəmiyyətdə xoş qarşılanır və bəyənilir. Sosial şəbəkələrdə və bir çox videoblogerlərin paylaşmalarından da msələnin aktivliyini görmək olur. Artıq şəxsi avtomobillərdən imtina edib, velosiped kimi nəqliyyat vasitələrini seçənlərin sayı hər gün artır.

Modern.az xəbər verir ki, AYNA bu tip nəqliyyat vasitələrindən istifadə edən mikromobillik iştirakçıları üçün xüsusi qeydlər hazırlayıb.

Mikromobillik vasitələrindən istifadə edərkən təhlükəsizliyinizi təmin etmək üçün aşağıdakı qaydalara riayət edin:

- Dəbilqədən istifadə: Sizi risklərdən qoruyacaq
- Qaydalara diqqət: Yol nişanlarına və işıqforların tələbinə riayət edin.
- Sizi görsünlər: Gecə hərəkət edərkən işıqqaytarıcı geyimlər və reflektorlardan istifadə edin.
- Mobil cihazlardan çəkinin: Hərəkət zamanı telefonla oynamayın.
- Sürət həddi: Mikromobillik vasitənizlə sürət həddini aşmayın.
- Texniki baxış: Hərəkət vasitənizin texniki vəziyyətini müntəzəm yoxlayın.
Təhlükəsiz hərəkət, sağlam gələcək!

Unutmayın kiçik bir diqqətsizlik sizin həyatınıza son qoya bilər.

"Cebheinfo.az"