Ucar raynunda erkən nikahla bağlı gənclərə təlim keçiblər - FOTOLAR

Ucar raynunda erkən nikahla bağlı gənclərə təlim keçiblər - FOTOLAR

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Ucar raynunda “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı gənclərə təlim keçiblər.

Birlikdən QHT.az –a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri Höhumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Tədbiri giriş sözü ilə açan Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə sektorunun baş məsləhətçisi Mirmehti Heydərov erkən nikahla baqlı təlimlərin regionlarda keçirilməsinin vacibliyin qeyd edib. Təşkilatın sədri Samirə Mustafayeva əsasən bölgələrdə yaşayan aztəminatlı ailələrdə olan gənc qızların erkən nikaha daxil olmasına qarşı təbliğatın aparılmasını özündə cəmləşdirən maarifləndirmə işinin təşkilini, problemin nisbətən təhsilsiz insanlara çatdırıması üçün real və vizual üsullardan istifadə etməklə problemin mahiyətini anlatmaq və fəsadlarını izah etmək təşəbbüsü ilə çıxış edib.

Sonra layihə üzrə təlimçi Nailə İsmayılova diskussiya şəklində keçirdiyi təlimdə erkən nikahla bağlı auditoriya iştirakçılarına geniş maarifləndirici məlumatlar verdi:

“Əslində nikah yeni qurulan ailənin dövlət qeydiyyatına alınması haqqıda rəsmi sənəddir. Lakin “erkən nikah” termini bu missiyanın reallaşmasıyla heç cürə uzlaşmır. Ona görə də biz artıq “erkən nikah” ifadəsini deyil, “erkən evlilik” ifadəsini işlədəriksə, problemin qarşısını almaq üçün daha effektli ola bilər. Erkən evliliyin daha çox başvermə səbəblərindən biri də bu evliliyə məcburetmədir. Erkən evliliyə məcburetmələr yeniyetmələrin öz yaxınları tərəfindən təzyiq və basğılarla baş verir. Düşünürəm ki, artıq maarifləndirmə işləri erkən evliliyə məcbur edilənlərlə deyil, məcbur edənlərlə aparılmalıdır. O zaman biz öz istəklərimizə, yəni erkən evliliklərin, daha açıq şəkildə desək, uşaq evliliklərinin qarşısını qanunlarımıza söykənərək ala biləcəyik.”

O eyni zamanda auditoriyada iştirak edən uşaq və yeniyetmələrin, həmçinin valideynlərin mövzuyla bağlı çoxsaylı suallarına cavab verib.

Cebhe.info