Xaricdə doktorantura təhsili: Müddət uzadılıb

Xaricdə doktorantura təhsili: Müddət uzadılıb

Çoxsaylı müraciətlər nəzərə alınaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən ilk sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Cebhe.info-ya Dövlət Proqramı İdarəetmə Qrupundan xəbər verilib.

Qeyd edilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

Xatırladaq ki, sənəd qəbulu aprelin 1-də bitməli idi.

Cebhe.info