Yazda qış havası: Külək, şimşək, yağış, dolu...

Xəbər verdiyimiz kimi, bölgələrdə küləkli hava şəraiti dava edir.
Ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib. Bununla yanaşı, ildırım və şimşəklər də artıq ölümcül bəlaya çevrilib.
Məsələ ilə bağlı "Cebhe.info”-ya danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, bütün baş verən proseslər iqlim dəyişikliyinin bir hissəsi sayıla bilər, lakin indiki prosesi yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək doğru deyil:
"İyun ayında havaların isti keçdiyi zaman daxil olan soyuq hava kütlələri nəticəsində ildırım çaxması, dolu yağması baş verə bilir. Bu ilki yaz fəsli anomal hallarla müşahidə olunur.
Amma bu vəziyyəti iqlim dəyişikliyi adlandırıb həyəcanlanmağa ehtiyac yoxdur. Sadəcə hər kəs çevrəyə duyarlı olmalıdır, çünki yandırılan meşələrin hər biri səhralaşmaya səbəb olur. Hazırkı hava şəraiti, yəni ildırım çaxması, dolu yağması, selin olması isti dövrdə yağan yağışların xarakterik xüsusiyyətidir".
Ləman İsmayıl
“Cebhe.info”