Yolun nişanlanması sürücüləri çətin vəziyyətdə qoydu

Yolun nişanlanması sürücüləri çətin vəziyyətdə qoydu

Baki şəhəri Xətai rayonunun Xocalı prospektində yolun nişanlanması sürücülərə problem yaradıb. 

Belə ki, sözügedən prospektə dördzolaqlı hərəkət istiqamətində avtomobil sürücüləri yalnız yolun orta zolağında hərəkət edə bilirlər. 

Yolun sol çiynində velosiped zolaqı quraşdırılıb, sağ hissəsində isə avtobus yolu ayrılıb. Yolun digər sağ çiyni olan hissədə isə parklanma nişanları quraşdırılıb. Məhz belə nişanlamaya görə yolda tıxac yaranır və sürücülər çətinlik çəkir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə bütün hərəkət iştirakçıları üçün müvafiq şərait yaradılıb.
 
Həsən Məmmədov 
"Cebheinfo.az"