Azərbaycanın “əli” möhkəmlənir: Qarabağda proses xeyrimizə dəyişir 

Azərbaycanın “əli” möhkəmlənir: Qarabağda proses xeyrimizə dəyişir 

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni il təbriki müraciətində Rusiyanı və Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sətiraltı tənqid edib.

Bayram nitqi daha çox siyasi məzmun daşıyan Paşinyan Qərbdəki tərəfdaşların Ermənistanın təhlükəsizliyinin əsas təmiantçısı olduğunu göztərməyə çalışıb.

"2022-ci il böyük sınaqlar ili oldu. Laçın dəhlizinin qanunsuz blokadası "Dağlıq Qarabağdakı" bacı-qardaşlarımızı və hamımızı çətin vəziyyətə salıb. Mən bu vəziyyətə siyasi qiymət verilməsi və mümkün həll yolları barədə artıq dəfələrlə danışmışam. İndi blokadada olan bacı-qardaşlarımızı qucaqlamaq və onlara bildirmək istəyirəm ki, onlar regionda münasibətlərin keyfiyyətinin dəyişməsi üçün vacib mesaj alıcılarıdır və bu hamımızın düşünməsi üçün müstəsna bir vaxtdır. 2021-ci ilin mayından 2022-ci ilin 13 sentyabrına qədər Ermənistanın suveren ərazisinə qarşı təcavüz ikiqat ağrılı oldu, çünki təhlükəsizlik müttəfiqlərimiz bizi tək qoyaraq passiv müşahidəçi statusunda qalmağı və ya alternativ olaraq aktiv müşahidəçi statusunu təklif etdilər. Amma biz dünyada tək qalmadıq və mən bu vəziyyətə biganə qalmayan, ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm",-Paşinyan belə deyib.

Bununla da Paşinyan Rusiyanın və KTMT-nin 2022-ci ildə Azərbaycanla sərhəddə baş verən döyüşlərdə Ermənistana dəstək vermədiyinə görə müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Əslində, Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərinin və KTMT-nin Ermənistanın təhlükəsizliyi üçün problem yaratdığına işarə ediib.

Baş nazir 2022-ci ilin yekunlarına dair çıxışında bu mesajı verməklə Rusiya və KTMT ilə təhlükəsizlik münasibətlərinin Ermənistan üçün artıq keçmişdə qaldığına, yəni dəyişikliyə ehtiyacı olduğuna eyham vurub. Paşinyan "regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara" təşəkkür etməklə Ermənistanın Qərbin dəstəyi sayəsində "xilas" olduğuna dair mesaj verir.

Baş nazir Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi bölgədə marağı olan Fransa, ABŞ kimi Qərb dövlətlərinin, eləcə də Avropa İttifaqı və ATƏT-in rolunu xüsusi qabartmağa çalışıb. Bununla da Paşinyan 2023-cü ildə Ermənistanın təhlükəsizliyi üçün Qərbə inteqrasiyanın vacib olduğunu demək istəyib. Ona görə də bir sıra ekspertlər rəsmi İrəvanın 2023-cü ildə KTMT-dən çıxacağını proqnozlaşdırır.

Lakin Qərb dövlətləri Ermənistana hərbi-təhlükəsizlik zəmanəti deyil, diplomatik dəstək verir. Qərb Ermənistanın təhlükəsizliyinin təminatı üçün Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını təklif edir. Çünki Türkiyə geostrateji əhəmiyyətinə görə Ermənistanın Qərbə inteqrasiya qapısı sayılır.

Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Azərbaycanla sülh sazişi imzalamadan Türkiyə ilə münasibətlərin bərpası mümkün deyil. Rəsmi İrəvanın KTMT-dən çıxmaq istiqamətində istənilən addımı Rusiya ilə münasibətlərin gərginləşməsinə və Qarabağ məsələsində proseslərin Azərbaycanın xeyrinə dəyişməsinə sabəb ola bilər.

Müşfiq Abdulla
Cebhe.info