Mətbuat gender problemlərindən nə yazır?

Mətbuat gender problemlərindən nə yazır?

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Son illər ən çox müzakirə olunan məsələlərdən biri də ailə institutlarının dayanıqlı olmamasıdır. Boşanmaların artması, o cümlədən erkən nikahlar kimi səbəblər ailə institutlarının dayanıqlıq indeksi hər keçən il aşağı düşür.

Rəsmi rəqəmlərə görə, qurulan hər dörd ailədən biri dağılır. Ötən ilin rəsmi rəqəmlərinə nəzər salsaq, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb. Bu, rəsmi nikaha daxil olanlarla bağlı statistik məlumatdır. Müstəqil təşkilatların hesabatlarında isə qeyri-rəsmi nikahla yaşayanlarda da bu problemlər kütləvi hal alıb. Demoqrafik problemlər də bu gün narahatedici məqama çevrilib. Belə demək mümkündürsə, cəmiyyətdə qadın və kişilər arasında bir disbalans yaranıb. Ailələrin oğlan uşaqlarına meyilli olması, qızların selektiv abortlara məruz qalması cəmiyyətdə demoqrafik balansın pozulmasının əsas səbəbi kimi göstərilir. Son statistik rəqəmlərə görə də oğlan uşaqlarının sayı qızlardan çoxdur. Bu tendensiya ilə hər il artan templə davam edir. Bu isə gələcək üçün ciddi problemlərə səbəb ola bilər.

Mütəxəssislər hesab edir ki, bu kimi problemlərin aradan qaldırılması üçün ilk növbədə selektiv abortlara görə cəzaların sərtləşdirilməsi istiqamətindən addımlar atılmalıdır. Baxmayaraq ki, qanunvericiliklə selektiv abortlar qadağandır, amma bu qadağa hələ də bu problemin qarşısını ala bilmir. Bu məsələdə cəmiyyətdə gender bərabərliyinin də pozulması da önəmli rol oynayır. Mütəxəssislərin fikrincə, xüsusilə də özəl sektorlarda çalışan qadınlar ayrı-seçkiliyə məruz qalırlar. Bu pozuntular isə sonda qadınların hüquqlarından imtina etməyinə səbəb olur. Bu və bu kimi problemlərin, neqativ hallara gətirib çıxaran səbəblərin aradan qaldırılması ilə bağlı dövlətin aidiyyəti qurumları kompleks işlər görməlidir. Amma bu məsələdə medianın da üzərinə ciddi iş görür. Məsələn, media qurumları gender, ailə və demoqrafiya məsələlərin lazımi səviyyədə işıqlandırılmı? Bu məsələyə hansı istiqamətdə və necə yanaşmaq lazımdır ki, cəmiyyətdə disbalansın qarşısı alınsın?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan “Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, mətbuatda qadına qarşı başılıqlar verilir:

“Bir- bir monitorinq aparırdıq və maraqlı bir məqam aşkarladıq. Dünya üzrə mətbuatda gender məsələlərinin işıqlandırılması ilə bağlı bir araşdırma aparırdıq. Burada əsas meyarlardan biri qadınların mətbuatda çıxışları idi. Monitorinqlər nəticəsində bəlli oldu ki, qadınların fikirləri qəzetlərdə arxa səhifələrdə, diqqət çəkməyən köşələrə verilirdi. Məsələn, bir mövzu ilə bağlı həm qadının, həm də kişinin mövqeyi alınırdısa, kişinin fikirləri daha geniş işıqlandırılırdı. Nəticədə bəlli oldu ki, mətbuatda gender məsələləri ilə bağlı kifayət qədər boşluqlar var. ümumiyyətlə, gender məsələləri mətbuatda işıqlandırılanda ittihamçı xarakter almamalıdır. Məsələn, ailə-məişət məsələlərdə, qadınlarla bağlı mövzularda xüsusilə də başlıqlar qadına qarşı olmamalıdır. Bizim mətbuatda belə problemlər var”.

M.Zeynalova əlavə edib ki, qadına qarşı münasibət selektiv abortlarla, erkən nikahlarla, qadına qarşı zorakılıq hallarının artması ilə demoqrafik vəziyyəti pisə doğru aparır:

“Son statistika göstərir ki, Azərbaycan demoqrafik göstəricilərə görə 191 ölkə arasında 100-cü yerdədir. Bu göstərici heç də yaxşı deyil. Biz müasirlikdən, mədəniyyətdən danışırıq, amma bərabərliyə gələndə, bunlara səti yanaşırıq. Bəzi mütəxəssislər hesab edir ki, kişilər daha tez dünyasını dəyişir və buna görə demoqrafik vəziyyət pisləşə bilməz, belə bir təhlükə yoxdur. Amma rəqəmlərə görə 114 kişiyə 100 qadın düşürsə, bu, artıq pis göstəricidir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

Cebhe.info