Azərbaycanda da zəlzələ olacaq? - AÇIQLAMA

Azərbaycanda da zəlzələ olacaq? - AÇIQLAMA

Bu gün Tayvanda 7,5 bal gücündə zəlzələ baş verib.

Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

Bildirilib ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.

Maraqıdır, bu zəlzələ digər ölkələrdə də yeni zəlzələ ocaqlarını yaradır? Azərbaycanda da yeni zəlzələ ocaqlarının yaranması mümkündürmü?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, uzaq ölkələrdə baş verən zəlzələnin ölkəmizə təsiri yoxdur:

"Bizim ölkədəki zəlzələ ocaqlarına uzaq Yaponiyada, Çilidə olan zəlzələlərin heç bir təsiri yoxdur, ola da bilməz. Uzaq ölkələrdə zəlzələ baş verən kimi bunu Azərbaycanla bağlayırlar, bu doğru deyil.

Birincisi, məsafə etibarı ilə bu məntiqsizdir, ikincisi, bioloji quruluş cəhətədən də bu mümkün deyil. Yəni, Tanzaniyada baş verən zəlzələ niyə Azərbaycana təsir etsin ki? Yaxın ölkələrə təsir edə bilər, Azərbaycana təsiri məntiqə sığmır. 

Zəlzələ ocağı tektonik qırılmalarının təmas nöqtələrində, onların ortalarında yaranır. Azərbaycanda isə bununla bağlı təlaşa düşməyə, qorxmağa əsas yoxdur. Xırda təkanlar ola bilər, amma böyük zəlzələlər gözlənilmir".

Naibə
"Cebhe.info"