Bakıda eyvandan insanların başına qab-qacaq atıldı

Bakıda eyvandan insanların başına qab-qacaq atıldı

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.

Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.

t.me/oxuaze/96114

"Cebhe.info"