Əfqanıstanda “Əfşar Ulduzu” fəaliyyətə başladı - FOTOLAR

Əfqanıstanda “Əfşar Ulduzu” fəaliyyətə başladı - FOTOLAR

Əfqanıstanda “Əfşar Ulduzu” Tədris Mərkəzi fəaliyyətə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Əfqanıstandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, mərkəzi Kabildə yerləşən tədris mərkəzi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə açılıb.

Qeyd edək ki, əfşarlar azərbaycanəsillidir və Nadir şah Əfşarın hakimiyyəti dövründə Əfqanıstana köçüblər.

"Cebheinfo.az"