Nazir: “Universitetlərin kağız formada sənəd tələb etməsi qanunsuzdur”

Nazir: “Universitetlərin kağız formada sənəd tələb etməsi qanunsuzdur”

Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.

"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, artıq nazirlik tam rəqəmsal sistemə keçib:

“Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu, bəlkə də 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.

"Cebheinfo.az"