Sertifikatlaşdırılmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ

Sertifikatlaşdırılmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edəcək müəllimlərin hansı sənədləri gətirəcəyi ilə bağlı məlumat açıqlanıb.

Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub. 

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edəcək müəllimlər imtahana gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.

İmtahan binasına çanta və digər şəxsi əşyaların gətirilməməsi tövsiyə olunur.

Nigar
“Cebheinfo.az”