Vilayət Eyvazov bu tarixdə vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov bu tarixdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Cebhe.info