Ölənlərin sayı 41 mini keçib
2023-cü ilin oktyabrından İsrail hərbçilərinin bu anklavda keçirdiyi əməliyyatlar nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 41,2 mini keçib.
Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, daha 95 337 nəfər yaralanıb” – məlumatda bildirilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 24 fələstinli ölüb, 57 nəfər yaralanıb.