ABŞ bazasına raket hücumu

ABŞ bazasına raket hücumu

ABŞ-nin Suriyadakı bazasına raket zərbəsi endirilib. 

"Cebhe.info" xəbər verir ki, İraq mənbələri İraqın şimalındakı Zummardan Suriyanın şimal-şərqindəki ABŞ bazasına ən azı 5 raket atıldığını bildirib.

 Hücum keçən fevral ayından bəri bölgədə ABŞ qüvvələrinə ilk hücum kimi qeydə alınıb.

 ABŞ tərəfi hələlik hücumla bağlı açıqlama verməyib.

Nigar Hacılı 
"Cebhe.info"