ABŞ Ermənistan Müdafiə Nazirliyinə məsləhətçi göndərir

ABŞ Ermənistan Müdafiə Nazirliyinə məsləhətçi göndərir

ABŞ Ermənistan və daha bir neçə ölkənin Müdafiə nazirliklərinə məsləhətçilər göndərir.

“Cebhe.info” xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları “Intelligence Online” nəşrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin Müdafiə nazirliklərinə məsləhətçilər göndərir.

Məsləhətçilərin həmin ölkələrin müraciəti əsasında göndərildiyi və əsas məqsəd nazirliklərin fəaliyyətinin ABŞ-la koordinasiyalı olması və Rusiya modelindən uzaqlaşdırılmasından ibarətdir.

“Cebhe.info”