ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
İran ABŞ tərəfindən nüvə proqramının zərərsizləşdirilməsindən narahatdır.
“Cebheinfo.az” “Washington Post” qəzetinə istinadən xəbər verir ki, İran rəsmiləri İsrailə genişmiqyaslı hücum zamanı İsrail və ABŞ-nin gizli şəkildə onun nüvə obyektlərinə zərbə endirmək ehtimalından narahatdırlar.
Məlumata görə, bu səbəbdən də İranın İsrailə mümkün hücumu apreldəki raket hücumlarından daha kiçik və məhdud ola bilər.
Bildirilib ki, İran rəsmiləri proksi qüvvələrin rəhbərləri ilə təkbətək görüşərək onları ehtiyatlı olmağa çağırıblar.
Nəşr adı açıqlanmayan livanlı rəsmiyə istinadən yazıb ki, son görüşlərdə İran nüvə proqramının zərərsizləşdirilə biləcəyindən, ən əsası da ABŞ-nin birbaşa ölkənin nüvə proqramına hücum etməsindən narahat olduğunu vurğulayıb.
Yunis Abdullayev
“Cebheinfo.az”