ABŞ və İran razılığa gəlir? - Növbəti iki həftə ərzində...
“İki həftə ərzində İrana qarşı tam qələbə elan edəcəyik”.
"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin seçki kampaniyası çərçivəsində təşkil olunan telekonfransda çıxışı zamanı deyib.
O, İranla bağlı danışıqlar prosesinin uğurla davam etdiyini və yaxın vaxtlarda mühüm nəticələrin əldə olunacağını dilə gətirib.
“Biz çox güclü komandayıq və düşünürəm ki, bu qarşıdurmada üstünlük əldə edirik. Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman, həqiqətən, qalib gələcəyik”, - ABŞ Prezidenti deyib.
Nigar Hacılı
"Cebheinfo.az"

