ABŞ-lı senator təyyarə qəzasında ailəsi ilə həlak oldu
ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.
Cebhe.info xəbər verir ki, Respublikaçılar Partiyasının lideri Devid Hoq faktı təsdiqləyib.
Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər.
"Grand County" Şerif Departamentindən verilən açıqlamada təyyarənin Kanyonlend hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı qeyd edilib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından verilən açıqlamasında isə hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.
Xatırladaq ki, senator Larsen 2020-ci ildə Şimali Dakota Senatına seçilən ilk respublikaçı olub.
Nigar Hacılı
Cebhe.info