ABŞ Qəzzaya humanitar yardım göndərib

ABŞ Qəzzaya humanitar yardım göndərib

ABŞ Mərkəzi Komandanlığı (“CENTCOM”) Qəzzanın şimalına 2700 kiloqramdan artıq ərzaq və 855 tondan çox humanitar yardım atdıqlarını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə "CENTCOM" "X" sosial media platformasında bildirib.

Məlumatda Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq üçün dünən yerli vaxtla saat 12:26-da bölgənin şimalına "C-130" tipli hərbi təyyarələrlə havadan humanitar yardım atma əməliyyatının həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, əməliyyat zamanı Qəzzaya 2700 kiloqramdan artıq ərzaq və 855 tondan çox humanitar yardım atılıb.

Açıqlamada ABŞ-nin havadan humanitar yardımı davam etdirəcəyi vurğulanıb.

Nigar Hacılı 
"Cebhe.info"