ABŞ viza üçün müraciət qaydalarını dəyişir
ABŞ Dövlət Departamentinin müəyyən səfirlik və konsulluqlarda iş və ya turizm vizası üçün müraciət edən şəxslərə əlavə 750 dollar ödəniş qarşılığında sürətləndirilmiş görüş xidməti təqdim etməyi planlaşdırdığı iddia olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ vizası müraciətləri ilə bağlı hazırlanmış yeni pilot proqram çərçivəsində iş və ya turizm məqsədilə müraciət edən şəxslər standart rüsumdan əlavə 750 dollar ödədikləri təqdirdə, 10 gün ərzində prioritet görüş almaq imkanına malik olacaqlar.
Bu həftə elan ediləcəyi gözlənilən pilot proqramın 1 iyul – 31 dekabr tarixləri arasında bəzi səfirlik və konsulluqlarda tətbiq olunacağı bildirilir.
Eyni zamanda vurğulanır ki, 750 dollarlıq əlavə ödəniş yalnız könüllü xidmət olacaq və bu məbləğin ödənilməsi vizanın mütləq şəkildə təsdiqlənəcəyi anlamına gəlməyəcək.
Nigar Hacılı
"Cebheinfo.az"

