Ağ Evdən Putinə sərt sözlər: “Ukraynadan rədd ol”
Ukrayna-Rusiya müharibəsi ilə bağlı Ağ Evdən sərt açıqlamalar gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Putinin hərbi dəstəyə ehtiyacı olduğu bildirilib.
ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın öz ərazisində irəliləyişini dayandıra bilməyən Rusiyaya mesajlar verib.
Kirbi "Çarəsizlikdən İran və Şimali Koreyadan kömək istəyir. Putin narahatdırsa, Ukraynadan rədd olsun", - deyə bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"