“Alibaba”, “Baidu” və BYD “qara siyahı”ya düşdü

“Alibaba”, “Baidu” və BYD “qara siyahı”ya düşdü

Pentaqon Çinin “Alibaba”, “Baidu” və BYD şirkətlərini Çinin hərbi şirkətlərinin reyestrinə daxil edib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən sənəd Federal Reyestrin saytında dərc olunub. 

Pentaqonun iddiasına görə, bu şirkətlər mülki texnologiyalar vasitəsilə Çinin müdafiə-sənaye kompleksinin inkişafında iştirak edir.  

“Qara siyahı”da həmçinin “Huawei Technologies Co.”, texnologiyalar holdinqi “Tencent Holdings Limited”, elektromobil istehsalçısı NIO və bir çox digər şirkətlər yer alıb. 

Qeyd edək ki, Trampın 2020-ci ildə imzaladığı fərmana əsasən, ABŞ vətəndaşlarına “hərbi” siyahılara düşmüş şirkətlərə investisiya qoymaq qadağandır.

"Cebheinfo.az"