Almaniya Rusiya ilə müharibəyə hazırlaşır?

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır?

 “Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”.

“Cebhe.info” xəbər verir ki, bunu  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev alman hərbçilərinin mətbuata sızan danışıqlarını şərh edərək deyib.

Onun sözlərinə görə, alman zabitlərinin söhbətini raket və tank oyunu kimi təqdim etmək cəhdləri qərəzli yalandır:

“Düşünürəm ki,  zabitlərin söhbətindən ictimai qəzəbi yumşaltmaq üçün Almaniyada hakim siyasi alyansın ağartılması indi başlayacaq. Necə ki, bu, hərbçilərin bütün hiylələridir, belə söhbətləri sevirlər, onlara çörək verməsinlər - qoy müharibə oyunu oynasınlar. Üstəlik, bu rəhbərliyin başında uzun mənzilli raketləri Banderaitlərə təhvil verməkdən imtina edən sülhsevər oğlan Şoltz dayanır”,-deyə  Medvedev “Telegram” kanalında yazıb.

RT telekanalının baş redaktoru Marqarita Simonyan martın 1-də alman hərbi danışıqlarının, yüksək rütbəli alman hərbçilərinin Ukraynaya silah verilməsindən danışan, Almaniyada casusluqla bağlı narahatlıqları artıran və Rusiyadan aydınlıq gətirilməsinə çağırışların səs yazılarını yayıb.

Almaniya Müdafiə Nazirliyi məsələni araşdırdığını bildirib.

Xəzər
“Cebhe.info”