Almaniyada işə qəbul və immiqrasiya asanlaşdırıldı 

Almaniyada işə qəbul və immiqrasiya asanlaşdırıldı 

Almaniya hökuməti əcnəbi işçilərin işə götürülməsi üçün yeni şərtlər qoyub.

Dil bilənlərə, gənclərə və diplomlulara üstünlük veriləcək.

Cebhe.info xəbər verir ki, Almaniya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Nazirlər Şurasının Almaniyada ixtisaslı işçi miqrasiyasını asanlaşdırmaq üçün yaradılmış ixtisaslı immiqrant strategiyasını təsdiq etdiyi bildirilib. Açıqlamada bir çox alman şirkətinin uzun müddətdir ki, ixtisaslı işçi tapmaqda ciddi çətinliklər yaşadığı və ixtisaslı işçi çatışmazlığının 2022-ci ildə 1,98 milyon səviyyəsində olduğu bildirilib.

"İxtisaslı işçi qüvvəsinin olmaması bir çox sektor və şirkətlərə təsir edir. Bacarıqlı işçilərin olmaması Almaniyada rifah üçün riskə çevrilib",- deyə bildirilir. Əmək və Sosial İşlər naziri Hubertus Heil bu barədə şərhində ixtisaslı işçi qüvvəsinin təmin edilməsinin Almaniyanın gələcək 10 il üçün ən böyük iqtisadi vəzifələrindən biri olduğunu, immiqrasiya barədə yeni qanunula müasir immiqrasiya ölkəsinin əsaslarını atdıqlarını deyib. Almaniyanın yeni qanunu ailənin birliyi və peşəkar ixtisasların tanınması kimi müxtəlif sadələşdirmələrə əlavə olaraq, bacarıqlı immiqrantlar üçün bal sistemi təqdim edir.

Dil bilikləri, peşəkar təcrübə, yaş və Almaniya ilə əlaqələr nəzərə alınan meyarlar sırasındadır.

Nigar
Cebhe.info