Ararat Mirzoyan: “Sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşə hazırıq”

Ararat Mirzoyan: “Sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşə hazırıq”

“Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşər və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclasında çıxışı zamanı deyib.

Diplomat xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır: rəsmi Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması.

"Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini təsdiq edir və bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib.

Cebhe.info