Ayı şəhərə gəldi: 94 məktəb bağlandı
Yaponiyanın Utsunomiya şəhərində bir ayının görünməsindən sonra geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, yaşayış məntəqələrində gəzən ayı səbəbindən 94 ibtidai və orta məktəb müvəqqəti olaraq bağlanıb.
Həmçinin, polis və ovçuluq bölmələri heyvanı tutmaq üçün səfərbər edilib.
Səlahiyyətlilər, ayının bazar günü boyunca yaşayış məntəqələrində görüldüyünü və bazar ertəsi səhəri şəhər mərkəzindən təxminən iki kilometr aralıda yerləşən sənaye ərazisində görüldüyünü bildirib.
Utsunomiya bələdiyyəsi sakinlərdən qapı və pəncərələrini bağlı saxlamalarını, ayı ilə qarşılaşdıqları təqdirdə ona yaxınlaşmamalarını və ən yaxın binada sığınacaq tapmalarını xahiş edib. Polis və yerli ov qrupları heyvanın axtarışını davam etdirir.
Bu il Yaponiyada təxminən 50 000 ayı qeydə alınıb. Əksər müşahidələr ölkənin şimal-şərqində baş versə də, son zamanlar ayıların Tokio ərazisinə yaxınlaşmasını diqqət çəkib.
Ötən ay Tokionun qərbindəki Okutama bölgəsində bir rus alpinisti ayı hücumu nəticəsində yaralanıb. Bundan başqa, ötən həftə Fukuşima prefekturasında dörd nəfərə hücum edən ayı şirkət ofisinə girərək bir işçini yaralayıb və daha sonra fabrikə girib.
Qeyd edək ki, Asiya qara ayılarının boyu 1,5 metrə, çəkisi isə 120 kiloqrama çata bilər.
Ölkənin şimalındakı Hokkaydo adasında yaşayan qəhvəyi ayıların uzunluğu iki metrə, çəkisi isə 400 kiloqrama çata bilər.
Əfsanə
“Cebheinfo.az”

