Ayşenur Ezgi Eygin torpağa tapşırıldı
İşğal altındakı İordan çayının qərb sahilində israilli mühacirlər əleyhinə keçirilən etiraz aksiyasında öldürülən 26 yaşlı Türkiyə əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eygin Aydının Didim qəbirstanlığında torpağa tapşırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Eyginin cənazəsi ötən gün Türkiyəyə gətirilib.
Azərbaycan üzərindən gətirilən cənazə cümə günü səhər İstanbul hava limanında mərasimlə qarşılanıb.
Eyginin cənazəsi günorta saatlarında İzmir hava limanına çatdırılıb.
Hər iki hava limanında mərasim təşkil edilib, Eyginin Türkiyə bayrağına bükülmüş cənazəsi üçün dualar oxunub.
Ləman İsmayıl
"Cebheinfo.az