Baqrat Qarabağdan köçən separatçılarla görüşüb

Baqrat Qarabağdan köçən separatçılarla görüşüb

Baqrat Srbazanla Qarabağdan köçən separatçıların nümayəndələri arasında görüş keçirilib. 

“Cebhe.info”-nun məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb. Hamını dinləyən arxiyepiskop hər kəsi dinlədikdən sonra planlarının “Qarabağ məsələsi”ni və onların Qarabağa qayıtması məsələsini beynəlxalq platformalarda qaldırmaqdan ibarət olduğunu deyib. Baqrat Srbazan sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə yaradılmış “Artsax Komitəsi”nin və fəaliyyətindən xəbərdar olduğunu, onu alqışladığını və bunun dövlət səviyyəsində edilməli olduğunu bildirib. 

Görüşdə ləğv edilmiş qondarma rejimin “deputat”ları çıxış edib. Separatçıların nümayəndəsi, özünü “vitse-spker” adlandıran Bahunts arxiyepiskopu ad günü münasibətilə təbrik edib. Lakin keçmiş qondarma rejimin sonuncu rəhbəri olmuş Samvel Şahramanyan görüşə qatılmayıb. Çünki Baqrat Qalstanyan Ermənistanın sabiq prezidentləri və Şahramanyanla ayrıca formatda görüş keçirmək istəyir. 

Müşfiq Abdulla 
“Cebhe.info”