Baş nazir: "İsrailə silah satışı dərhal dayandırılsın"
Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Frensisk ilə görüşən İspaniyanın Baş naziri Pedro Sançez "beynəlxalq ictimaiyyətdən İsrailə silah satışını dərhal dayandırmağı" tələb edib.
"Cebheinfo.az" xəbər verir ki, Roma Papası Fransisklə görüşündən sonra keçirdiyi mətbuat konfransında Sançez İsrailin Livanda yerləşən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) hücumunu “qətiliklə rədd edilməli və pislənilməli" olaraq xarakterizə edib:
"Beynəlxalq hüquqa uyğun olaraq, Yaxın Şərqdə diplomatik yollarla, yəni sülh yolu ilə çalışmağa davam edəcəyik.
İspaniyadakı bəzi müxalif siyasi partiyaların ittihamlarına baxmayaraq, İspaniya hökuməti İsrailə heç bir silah və hərbi texnika göndərməyib.8 oktyabr 2023-cü ildən İsrailə silah satışına icazə yoxdur".
Baş nazir Sançez bildirib ki, İsrail beynəlxalq humanitar hüququ pozduğuna və Livanı işğal etdiyinə görə dərhal atəşkəs elan etməlidir.
Ləman İsmayıl
"Cebheinfo.az"