Baxçalı Özəli təndiq etdi: “Küçə-küçə gəz...”

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partyiyasının (CHP) sədri Özgür Özəli sərt tənqid edib.
“Cebheinfo.az” xəbər verir ki, Baxçalı Özəlin insanları küçəyə çağırma təhdidinə parlamentdən cavab verib.
MHP lideri CHP sədrini bu sözlərlə hədəf alıb:
“Təəssüf ki, bu sözlər Cümhuriyyət Xalq Partiyasının başındakı şəxsə aiddir. "İnsanları küçəyə dəvət edəcəyim günü mən bilərəm. Mənə bu milləti küçəyə dəvət etdirmə. Ondan sonra küçələri Misirdəki meydanı izlədiyiniz kimi izləyərsiniz".
Adı Özgürdür, Türkiyə də özgür bir ölkədir. Əsəblərini idarə edə və stresslə başa çıxa bilmədiyini görürəm. Küçəyə çıxa, küçədə gəzə, küçədə xəyal qura bilərsən. Amma buna görə gərginlik yaratmağa ehtiyac yoxdur. Kimsə əlini tutmur və ya qarşını almır. Buyur, küçə-küçə gəz, görək və boyunun ölçüsünü alaq”.
Elmir Mustafa
“Cebheinfo.az”