Baydenin xanım baş naziri öpməsi olay oldu - VİDEO

Baydenin xanım baş naziri öpməsi olay oldu - VİDEO

ABŞ Prezidenti Co Bayden Oval kabinetdə işgüzar görüşdən sonra İtaliyanın Baş naziri Corciya Meloni ilə vidalaşaraq onun başından öpüb. 

“Cebhe.info” xəbər verir ki, video  “X” sosial şəbəkəsində yayımlanıb.

Bayden martın 1-də Meloni ilə görüşüb. Videoda ABŞ liderinin əl sıxmazdan əvvəl İtaliyanın Baş nazirinə necə yaxınlaşdığını və onun başının üstündən öpdüyünü görmək olar. Amerika Prezidentinin üzündəki razı ifadədən onun jestindən razı qaldığı aydın görünür. Eyni zamanda, Meloninin sakit və mehriban reaksiyasından görünür ki, bu öpüş onu narahat etməyib. 

“X” sosial şəbəkəsinin istifadəçiləri gördüklərini “yeni diplomatik tendensiya” adlandırıblar.

Bundan əvvəl Bayden ABŞ-da müsəlman icmasının liderləri ilə görüşüb və Qəzza zolağında qurbanların sayına şübhə ilə yanaşdıqlarına görə müsəlman liderlərdən üzr istəyib. Görüşün sonunda Amerika Prezidenti iştirakçılardan birini qucaqlayıb.

Xəzər
“Cebhe.info”