Benni Qantz: ““Hizbullah”a qarşı...”

Benni Qantz: ““Hizbullah”a qarşı...”

İsrail tezliklə Qəzzanın Rəfah bölgəsində genişmiqyaslı hücumu başlayacaq.

"Cebhe.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail hökumətinin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz İsrail ordusunun Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinə hücum edəcəyi barədə hədə-qorxu bəyanatlar səsləndirib:

“Ordumuz Qəzza zolağı ətrafında məskunlaşan sakinlərini qoruyacaq və HƏMAS terrorçularına daha ağır zərbələr endirəcək”.

Benni Qantz həmçinin İsrail sakinlərinə öz evlərinə qayıtmağa çağırıb:

“Qayıtmaq qərarı sizin əlinizdədir. Dövlət bütün ailələrə və ya sakinlərə əlindən gələn köməyi edəcək. Sizi bütün dövlət xidmətləri ilə təmin edəcəyik”.

İsrailin dövlət rəsmisi ölkənin şimalında “Hizbullah”a qarşı hərbi əməliyyatların davam edəcəyini də bildirib:

“Biz hərbi və siyasi cəhətdən ciddi işlər görürük. Artıq “Hizbullah” sərhəd ərazilərimizdən sıxışdırılıb və biz fəaliyyətimizi genişləndirmək lazım olanda əmrin veriləcəyi günə hazırlaşırıq”. 

Qeyd edək ki, hazırda Parisdə Qətər, Misir, ABŞ və İsrail rəsmilərinin iştirakı ilə danışıqlar keçirilir.

Bu danışıqlarda Qəzzada atəşkəsin təmin olunması və fələstinli məhbusların və İsraili girovların mübadiləsi əsas müzakirə mövzusu olacaq. 

Yunis Abdullayev
"Cebhe.info"