Bir inək 30 milyona satıldı

Bir inək 30 milyona satıldı

Yaponiyada Matsusaka cins mal-qara (Vaqyu) hərracda 30 milyon yenə (202 min dollar) satılıb.

Cebhe.info Yaponiyanın nüfuzlu “NHK” televiziya kanalına istinadə xəbər verir ki, birinci dərəcəli mal əti ilə tanınan Mie əyalətində yerli cinsl mal-qara üçün hərrac keçirilib.

Hərracda Mie əyalətinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan olan 9 hakim tərəfindən ölçüyə, tükə və ümumi fiziki tarazlığa görə qiymətləndirilən 50 iribuynuzlu mal-qara təqdim edilib.

“Hiroko No.1” adlı 676 kiloqramlıq Matsusaka cinsli iribuynuzlu heyvan 30 milyon yenaya (202 min dollar) satılıb.

Bu, son 8 ilin ən yüksək alıcı qiyməti kimi qeydə alınıb. Qaramalın yeni sahibi Mienin Tsu rayonundan olan "Asahiya" qəssab dükanı olub.

Mal-qaranı bəsləyən Taiki bölgəsindən olan yapon damazlıqçısı Nakamura Kazuaki "Qiymətin baha olması məni təəccübləndirdi. Mal-qaraya qulluqda göstərdiyim zəhmətin bəhrəsini aldığım üçün sevinirəm və daha da yaxşı mal-qara yetişdirmək istəyirəm" deyib.

Nigar Hacılı 
Cebhe.info