Blinken Paşinyanla nələr danışıb?

Blinken Paşinyanla nələr danışıb?

Ermənisanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Cebhe.info xəbər verir ki, onlar regional vəziyyətlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər.

Söhbət zamanı üsusilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə toxunulub.

Qarabağdan könüllü getmiş ermənilərlə bağlı Ermənistan hökumətinin atdığı addımlar da müzakirə olunub. Erməni tərəf  onlara yardımın vacibliyi vurğulayıb.

Xəzər
Cebhe.info